4000 Şimali Koreya əsgəri Ukraynaya qarşı döyüşlərdə həlak olub və ya yaralanıb.
"Sherg.az" Kyivİndependent-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 9-da Almaniyanın Ramşteyn aviabazasında verdiyi açıqlamada Ukraynaya qarşı Rusiya qüvvələri ilə birlikdə döyüşən Şimali Koreya qoşunlarının ölü və yaralılar daxil olmaqla, 4000 itki verdiyini bildirib.
"Putin təkcə təcavüzə qoyduğu sərmayəni davam etdirmir. O, səylərini ikiqat artırır. Hətta bu müharibəni davam etdirmək üçün Şimali Koreyadan əsgərləri də işə götürməyə başlayıb", - Zelenski bildirib.