Azərbaycandan Bolqarıstana qaz tədarükü müvəqqəti dayandırıldı

Yanvarın 7-dən etibarən Azərbaycandan Bolqarıstana təbii qaz tədarükü texniki səbəblərə görə müvəqqəti dayandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bulqarqaz" məlumat yayıb. Qaz verilişinin 11 yanvar 2025-ci ildə bərpa olunması gözlənilir.

"Bulqarqaz" müvəqqəti olaraq yaranan problemi Türkiyənin BOTAŞ şirkətinin ehtiyatları hesabına aradan qaldırıb.