Üzlər güldü: Ərdoğanla  Baxçalının qapalı görüşü başa çatıb

Prezident Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını iqamətgahında ziyarət edib. Bağlı qapılar arxasında keçirilən görüş 40 dəqiqə davam edib.
Sherg.az xəbər verir ki, iclasın ünvanı Baxçalının Çankaya rayonundakı Türkmənbəyi küçəsindəki iqamətgahı olub. 40 dəqiqə davam edən görüş mətbuata qapalı keçirilib.

Görüşdən sonra Dövlət Baxçalı Ərdoğanı iqamətgahın qapısından yola salıb.

İki liderin yeni ilin ilk təkbətək görüşündə Baxçalının ötən il TBMM qrup toplantısında terror təşkilatı lideri Abdullah Öcalanla bağlı açıqlamalarının və DEM Partiyasının siyasi partiyalara ziyarətinin gündəmə gəldiyi bildirilir.

DEM Partiyasının nümayəndə heyəti İmralı səfərindən sonra siyasi partiya turu zamanı ilk olaraq MHP sədrini ziyarət edib.
Dövlət Baxçalı ilə görüşüb.

Ərdoğanla Baxçalının görüşündə yol xəritəsinin də müzakirə edildiyi təxmin edilir.

Suriyada yeni dövr də iki liderin gündəmində olub.

Prezident Ərdoğan ilə MHP sədri Baxçalı arasında son görüş 14 noyabr 2024-cü ildə Beştəpədə baş tutub.