Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir

Pakistan və Əfqanıstan arasındakı münaqişə fonunda iki ölkə arasındakı sərhədin bağlanması regional ticarət və iqtisadi əməkdaşlığa mənfi təsir göstərir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın İslamabaddakı səfiri Albert Xorev deyib.

Onun sözlərinə görə, Pakistan-Əfqanıstan münasibətlərindəki gərginlik təkcə İslamabad və Kabilin deyil, həm də bütün regionun maraqlarına təsir göstərir:

"Pakistan və Əfqanıstan arasındakı sərhədin bağlanması Pakistanın Orta Asiya ölkələri və Rusiya ilə ticarət əlaqələrinin dayandırılmasına və ya ciddi şəkildə pisləşməsinə səbəb olub".

Qeyd edək ki, Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.