Şolts Trampın müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırılması tələbinə qarşı çıxıb

Almaniya kansleri Olaf Şolts ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın NATO-ya üzv ölkələrin müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmaq tələbinə qarşı çıxıb.

APA xəbər verir ki, “Focus-online” yaydığı məlumata görə hökumət başçısı qeyd edib ki, Almaniyanın ÜDM-sinin 5%-i ildə 200 milyard avro xərcləmək deməkdir.

Şolts həmçinin Almaniyanın büdcəsinin hazırda təxminən 490 milyard avro təşkil etdiyini deyib.

"Bu, çox puldur və bunun mənası odur ki, biz ya təxminən 150 milyard qənaətə, ya da 150 milyard borca və ya bunların hamısının birləşməsinə müraciət etməli olacağıq, Ona görə də mən hesab edirəm ki, NATO-da çoxdan razılaşdırılmış yolla getmək daha yaxşıdır", - kansler əlavə edib.