Blinken: Tərəflər Ukrayna üzrə danışıqlara başlamağa yaxınlaşır

Maraqlı tərəflər Ukrayna üzrə danışıqlar prosesinin başlamasına yaxınlaşır.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Entoni Blinken bildirib.

“İndi biz bu il elə bir nöqtəyə çatmışıq ki, tərəflər danışıqlar aparmağa qərar verə bilərlər. Biz əmin olmaq istəyirik ki, ABŞ-nin növbəti administrasiyası, əgər belə danışıqlar onun nəzarəti altında baş tutsa, güclü mövqedən çıxış edə bilsin.

Biz növbəti Vaşinqton administrasiyasına bir çox əlverişli imkanlar, təşəbbüslər və Ukrayna istiqamətində iş veririk. Əgər növbəti administrasiya bunu davam etdirmək qərarına gəlsə, mən hesab edirəm ki, bu, ABŞ-nin ən yaxşı maraqlarına uyğun olardı”, - deyə o, söyləyib.

ABŞ dövlət katibi həmçinin, mümkün danışıqlardan sonra atəşkəs əldə olunacağı təqdirdə üçüncü ölkələrin Ukraynada patrul xidmətində iştirak edə biləcəyini iddia edib.