Maqdalena Qrono Bakıdan İrəvana gedir

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono sabah Ermənistana səfər edəcək.

Axar.az xəbər verir ki, Qrono səfər çərçivəsində Ermənistan rəsmiləri ilə yüksək səviyyəli məsləhətləşmələr aparılması nəzərdə tutulub.

Qeyd edək ki, o, bu gün Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edilib.