İlham Əliyev: Azərbaycan regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır

Azərbaycan regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edərkən bildirib.

Dövlət başçısı diqqətə çatdırıb ki, xu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan 3+3 formatının təşəbbüskarı da məhz Azərbaycan Respublikası olub.

Regiondan kənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha qeyd edilib.