Ukrayna Belarusla sərhəddə istehkamlar tikməyə başlayıb

Ukrayna Volın vilayətində Belarusla sərhəddə istehkamlar tikməyə və atəş mövqeləri qurmağa başlayıb.

APA “UNN”-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat yayıb.

“Bu istiqamət bizə təhdid doğurur. Bu ərazidə mühəndis istehkamları ilə yanaşı, dayaq nöqtələrinin, atəş mövqelərinin və səngərlərin yaradılması da həyata keçirilir”, - Demçenko qeyd edib.