ABŞ-nin yeni prezidenti Donald Tramp Co Bayden administrasiyasını Ukraynada münaqişəni qızışdırmaqda ittiham edib. Trampa görə, Rusiyanın hərbi əməliyyata başlamasına məhz Baydenin nümayəndələrinin səriştəsizliyi səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Floridada iqamətgahında jurnalistlərə açıqlama verib.
"Düşünürəm ki, Rusiya gedib Ukraynaya ona görə hücum etdi ki, çünki onlar bu adamların (Bayden administrasiyasının) səriştəsiz olduğunu gördülər" - Tramp bildirib.
O həmçinin vurğulayıb ki, onun hakmiyyəti dövründə bütün bunlar bitəcək.
Bundan əlavə, Tramp vurğulayıb ki, onun prezidentliyi münaqişənin hökm sürdüyü dünyada başlayacaq.