
İrəvan sülhdən daha çox zamana oynayır - ŞƏRH
Yusif Nəzərli
02:37 08.01.2025
Gündəm
552
Ermənistana verilən silahlar Azərbaycan üçün legitim hədəfdir
Ermənistanın sürətli silahlanması davam edir. Müdafiə naziri Suren Papikyanın ABŞ-dən sonra Fransaya səfəri və fransız həmkarı ilə görüşü tərəflərin hərbi əməkdaşlığının konkret konturlar aldığının göstəricisi idi. Makron hökuməti əvvəl İrəvanla hərbi təmasların müdafiə xarakterli olduğunu deyirdisə, artıq Parisin Qafqazdakı forpostuna hücum xarakterli silah ötürmək niyyətini gizlətmədiyi ortadadır.
Ötən ilə olan statistikaya inansaq, Ermənistanın Fransa ilə ticarət dövriyyəsi 160-170 milyon dollar təşkil edib. Lakin mövcud marşrutlara görə, Qərbdən silah-sursat gətirməyin əlverişli olmadığını görən Ermənistan zaman-zaman Hindistan hərbi texnikasına da göz dikir. Çünki İrəvan İran üzərindən Hindistan silahlarını rahatlıqla ölkəsinə daşıya bilir. Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova vediyi müsahibədə də bu məsələyə xüsusi toxundu. Dövlət başçısı qeyd etdi ki, silahlanma ilə revanşa ümid edənlər 2020-ci ilin 44 günlük müharibəsini və 2023-cü ildəki antiterror əməliyyatının nəticələrini xatırlasınlar.

Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a deyib ki, Azərbaycan əlbəttə ki, hansısa dövlətin Ermənistanı sürətli şəkildə silahlandırmasını gözləyə bilməz. Ekspert vurğulayıb ki, silahlanma Ermənistanın yenidən revanşist meyillərə düşməsi ilə nəticələnə bilər:
"Başa düşürük ki, Ermənistan hazırda sülhdən daha çox zamana oynayır. İrəvan hökuməti çalışır ki, Fransa, Hindistan, Yunanıstan, ABŞ kimi ölkələr ötən zaman ərzində mümkün qədər Ermənistanı silah-sursatla təchiz etsinlər. Fransanın Cənubi Qafqazdakı marağı tərəflər arasında sülhün, bölgədə sabitliyin olması yox, əksinə, münaqişənin yenidən başlamasıdır. O baxımdan cənab Prezidentin silahlanma ilə bağlı açıqlaması ilk növbədə Ermənistana, sonra isə onun himayədarlarına ciddi mesajdır. Fransa təbii olaraq bunu qəbul etmir, çünki iç üzünün ortaya çıxdığını görür. Paris Cənubi Qafqazda təxribatlarını davam etdirir. Ancaq beynəlxalq hüquqa görə hər bir dövlətin öz təhlükəsizliyini təmin etmək, özünü qorumaq hüququ var. Azərbaycan Prezidenti açıq formada Ermənistana və havadarlarına xəbərdarlıq edir ki, əgər yenidən revanşist meyillərə düşmək niyyətləri varsa, bundan vaz keçsinlər. Bu, açıq mesajdır. Ermənistana verilən silahlar Azərbaycan üçün legitim hədəfdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya