Zelenski Uitkoff və Kuşnerlə Ukraynada sülh məsələsini müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər Floridada Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçirilən görüşün nəticələrini və diplomatik prosesin növbəti mərhələlərini müzakirə ediblər:

“Komandalarımız faktiki olaraq daim əlaqə saxlayır. Biz diplomatik sahədə növbəti addımları da hazırlayırıq. Tərəfdaşlarımızı Rusiyanın bir an belə dayanmayan hücumları və hava hücumundan müdafiə məsələləri ilə bağlı real vəziyyət barədə mütəmadi məlumatlandırırıq”.

Zeıensli qeyd edib ki, Ukrayna ABŞ-nin müharibənin başa çatdırılmasına kömək etməsi üçün mümkün olan bütün addımları atır.