Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı planı hələ də kağız üzərində qalır.
Sherg.az xəbər verir ki, Rusiya XİN rəhbəri Bəhreynin Manama şəhərində keçirilən Rusiya ilə Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası arasında strateji dialoqun IX raundunda iştirak edir.
Lavrov mətbuat konfransında deyib:
“Bir il keçib, təəssüf ki, Trampın planı hələ də kağız üzərində qalıb. Biz Fələstin xalqı üçün ədalətin təmin olunmasına çalışmağı davam etdirmək barədə razılığa gəlmişik”.
Rusiya xarici işlər naziri Fələstin xalqı üçün ədalətin təmin olunmasına nail olmağın zəruriliyini vurğulayıb.
2025-ci il oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsi barədə razılığa gəliblər.
2026-cı il avqustun 9-da İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağı ilə bağlı “Sülh Şurası”nın 15 bənddən ibarət planını rədd etdiklərini bəyan edib. O bildirib ki, Fələstinin HƏMAS hərəkatı tamamilə silahsızlaşdırılana qədər İsrail hərbçiləri anklavı tərk etməyəcəklər.