Sankt-Peterburqa edilən dron hücumları səbəbindən 400-dən çox rusiyalı Belarusda qalıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Türk Hava Yollarına məxsus Antalyadan qalxan iki təyyarə məhdudiyyətlər səbəbindən Sankt-Peterburqa enə bilməyib və Minskə yönləndirilib.
Qeyd olunub ki, sərnişinlərin Rusiyaya qaytarılması ilə bağlı məsələlər isə hazırda həll olunmaqdadır.