Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 75-BG-367 dövlət nömrə nişanlı "AzSamand" markalı avtomobil 1994-cü il təvəllüdlü Zeynalzadə Rəsul Rasim oğlunu vurub.

Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakla bağlı araşdırma aparılır.