Paşinyandan Mirzoyana göstəriş: Qarabağla bağlı sənədlər...

Ermənistan Baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyana Qarabağ danışıqları ilə bağlı sənədlərin inventarlaşdırılmasını tapşırıb.

Sherg.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Paşinyanın ofisi məlumat yayıb.

Məlumata görə, baş nazir Nikol Paşinyan Mirzoyana Qarabağ danışıqları ilə bağlı Xarici İşlər Nazirliyində olan sənədlərin inventarlaşdırılması haqda göstəriş verib. Bu materialların dərc olunub-olunmaması məsələsinə Ermənistanın dövlət təhlükəsizliyi maraqları nəzərə alındıqdan sonra icazə verilə bilər.