İlbər Ortaylı və Cəlal Şəngör yenidən Bakıda 

Tarix və elm dünyasının iki aparıcı şəxsi - İlbər Ortaylı və Cəlal Şəngör Bakıda bir araya gəliblər.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Konqres Mərkəzində Cəlal Şəngör və İlbər Ortaylının “Dünyada mövcud beyin köçü” adlı master-klassı baş tutub.
Tədbirin açılış mərasimi Azərbaycan və Türkiyə Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbir zamanı dörd modul üzərində danışıqlar olub.

İlk olaraq dünyada mövcud beyin köçü moduluna toxunulub. Daha sonra dünyada mövcud 270 münaqişə ocağı, 250-si Yaxın Şərqdə; nizamlanan Yaxın Şərq və Böyük Yaxın Şərq layihəsi; texnologiyanın inkişafı və bu inkişafın gələcək nəsilə təsiri mövzularına toxunulub.

Qeyd edək ki, master-klassda mütəxəssislər, rəhbər şəxslər, biznes və fərdi sahibkarlar, tələbələr iştirak ediblər.