Afaq Bəşirqızı əsəbləşdi: "Ona dedim ki, qeyrətin, vicdanın olsun" - VİDEO
16:02 11.12.2019
Mədəniyyət
947
Mənə çox sayda zənglər oldu. Dedilər ki, Afaq xanım biz sizinləyik, hara gələk, neyniyək? Onların bəziləri isə mənim mübarizə apardığım o insanla (red: xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemət) çox gözəl münasibətdədir. Mən onu söydüm. Açıq deyirəm sizə. Ona söylədim ki, qeyrətin, vicdanın olsun.
Oxu.Az xəbər verir ki, bu sözləri xalq artisti Afaq Bəşirqızı ARB TV-də yayımlanan “Səhər-Səhər” proqramında dilə gətirib.
“Bütün incəsənət nümayəndələrinin, aktyorların uğruna savaşıram. Aktyorların heç birindən incimirəm. Çünki mən özümə dəstək yığmamışdım. Mənimlə həmrəy olun deməmişdim. Onları ikinci, üçüncü “Ura!” qışqıran kimi istifadə etməmişəm.
Mənə o lazım da deyildi. Mübarizə apardığım adam da yad adam deyil. Hörmətsizlik aramızda yox idi. İndi də yoxdur. Amma o riyakər adamlar var. Özünüzə yığılın.
Bu münasibətdən sui-istifadə edə bilməzsiniz. Bunu yadınızda saxlayın! Siz hələ yetişməmisiz və yetişməyəcəksiz də. Çünki insan həyatda özünü dərk edə bilməsə, onu başqaları təhlil etsə, sizdən adam olmaz", - deyə Xalq artisti bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol