Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyi azərbaycanlı hərbçi Nəsimi Musayevlə hələ görüşməyib.

Sherg.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a BQXK-nın Ermənistandakı nümayəndəliyinin kommunikasiya və ictimaiyyətlə əlaqələr proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.
Onun sözlərinə görə, komitənin saxlanılan şəxsi ziyarət etmək mandatı var, lakin hələlik bu istiqamətdə görüş keçirilməyib. Amatuni bildirib ki, məsələ ilə bağlı Ermənistan hakimiyyəti ilə dialoq aparılır.