Afaq Bəşirqızı: "Ramiz Əzizbəylinin ətini yesəm də, sümüyünü heç kəsə vermərəm"
11:57 09.12.2019
Mədəniyyət
734
ARB TV-də yayımlanan “Səhər-səhər” proqramında qonaq olan Xalq artisti Afaq Bəşirqızı həmkarı Ramiz Əzizbəyli ilə illərdir aralarında yaşanan qalmaqaldan söz açıb.
Oxu.Az xəbər verir ki, Bəşirqızı səhər şousunda Əzizbəylinin müsahibələrin birində söylədiyi “Mən illərdir ki, onunla küsülüyəm. Günah özündə olub, çox yuxarıdan getdi, ağzına gələni danışdı. Mənim çəkdiyim filmlə tanınıb uğur qazandı. “Bəxt üzüyü”ndən sonra Xalq artisti adını aldı. Heç barışmağa ehtiyac da yoxdur, bu, mümkün olan iş deyil” sözlərinə görə onu bağışladığını bildirib:
“Bu əsəri (“Bəxt üzüyü” - red.) Ramiz Əzizbəyli çəkdi. Filmdə oynayan hər bir aktyorun əzab-əziyyəti var. Bir aktrisa ilə nə teatr, nə tamaşa, nə də ki, film olmaz. Orada jurnalistlər Ramiz Əzizbəyliyə çox savadsız bir sual vermişdilər. O da çox kobud cavab vermişdi. İnsanın xasiyyətində ərköyünlük var, amma mənə qarşı çox ərköyünlük etdi.
Buna rəğmən, mən onu bağışladım. Çünki Ramiz Əzizbəylini illərdir tanıyıram. Ətini yesəm də, sümüyünü heç kəsə vermərəm. Mən Ramiz Əzizbəylini bağışlayıram. Amma mən o sözü heç bir mətbuatda, heç bir yığıncaqda, heç bir jurnalistə deməmişdim”.
Qeyd edək ki, hər iki sənətkarın bir-birinə düşmən kəsilməsinə səbəb 1991-ci ildə Ramiz Əzizbəylinin rejissorluğu ilə lentə alınan “Bəxt üzüyü” filmi olub. Ekran əsərində baş rolu ifa edən Afaq Bəşirqızının “Bəxt üzüyü”nə mənə görə baxılır” deməsi tərəfləri üz-üzə qoyub, onlar arasında qalmaqal yaşanıb. Qəzəblənən Ramiz Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol