Akademik Milli Dram Teatrı beynəlxalq forumda təmsil olunur
Yusif Nəzərli
11:31 29.11.2021
Mədəniyyət
1255
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin teatr forumunda iştirak üçün Daşkəndə yollanıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq tədbirdə iştirak Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə həyata keçirilir.
Forumun maarifləndirici proqramında Azərbaycanı təmsil edən teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edəcək, master klasslar və sərgi təşkil olunacaq.
Beynəlxalq forumda Akademik Milli Dram Teatrının “Manqurt” və “Bir, iki, bizimki...” tamaşaları nümayiş olunacaq.
Teatrdan bildirilib ki, forumda iştirak üçün Azərbaycandan tamaşa seçimi iki il əvvəl beynəlxalq ekspert heyəti tərəfindən müəyyənləşdirilib. Belə ki, festival çərçivəsində gənc rejissorların quruluş verdiyi səhnə əsərləri arasında seçim edən ekspertlərin qərarı ilə Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində təqdim olunan “Manqurt” və “Bir, iki, bizimki...” tamaşalarının iştirakı müəyyənləşib.
Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında hazırlanan “Manqurt” tamaşasının bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev və Corc Qafarov iştirak edirlər.
“Bir, iki, bizimki...” tamaşası Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Kamil İsmayılov, rejissor assistenti Nərmin Camalovadır.
Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.
Tamaşaçıların rəğbətini qazanan səhnə əsəri qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya