Azərbaycan filminin Oskara namizədliyi təsdiqləndi - VİDEO
Yusif Nəzərli
13:29 16.11.2021
Mədəniyyət
631
Rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi 94-cü Akademiya Mükafatlarında (Oskar) Azərbaycanın namizədi olaraq təsdiq edilib.
Trend-in məlumatına görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Oskar Komitəsinin seçimi ilə müəyyənləşən film “Xarici dildə ən yaxşı film” nominasiyasında Azərbaycanı təmsil edəcək.
“Daxildəki ada” filminin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, təsvir rejissoru Orxan Abbasov, baş prodüserləri Müşfiq Hətəmov, Kamal Həsənov və Rüfət Həsənov, icraçı prodüserləri Nadir Əliyev və Kamran Ağabalayev, müştərək prodüseri Giyom de Seydir. Əsas rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası, “Arizona Production”, “Coyote Cinema”, “Mandarin Agency” və “Debüt” Studiyasının birgə istehsalı olaraq çəkilən “Daxildəki ada” bədii filmi dünyanın ən nüfuzlu kino festivallarından hesab edilən və 100 000-dən artıq auditoriyası olan Sarayevo Film Festivalında ölkəmizi uğurla təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub. Filmin post-prodakşn dəstəyi CNC - Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Baku Media Mərkəzinə, media dəstəyi isə İctimai Televiziyaya aiddir.
Qeyd edək ki, Oskar mükafatlandırma mərasimi 27 mart 2022-ci ildə keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət