Əməkdar artist: "Filmlərə çəkilən “aktyorlar” bizim böyük bəlamızdır"
10:47 04.12.2019
Mədəniyyət
577
Aktyorların teatrı birdəfəlik tərk edib, seriallara getmələrini qəbul etmirəm. Sənətçilərimiz həm seriallarda, həm də tamaşalarda oynayırlar. Bunu Oxu.Az-a Əməkdar artist Anar Heybətov teatrlardakı son vəziyyətə münasibət bildirərkən deyib.
Əməkdar artist son vaxtlar çəkilən kommersiya filmlərini bəyənmədiyini bildirib:
“Düzdür, hazırda yeni gənc aktyorların teatrlara axını yoxdur. Amma istedadlı gənclər teatra cəlb edilir. Əslində aktyor olmadığı halda seriallara və filmlərə çəkilən “aktyorlar” bizim böyük bəlamızdır. Ancaq bunun qarşısını necə almağı bilmirəm. Pis-yaxşı, hamı film çəkir. Hətta bizim bəyənmədiyimiz film xalq tərəfindən daha çox baxılır. Bunun nə ilə bağlı olduğunu bilmirəm. Bəlkə də tamaşaçının zövqünü dəyişmişik.
Hazırda çəkilən filmlərin çoxuna baxmamışam. Amma baxdığım bir neçə kommersiya filmlərindən narazıyam. Aralarında yaxşıları da ola bilər, təəssüflər olsun ki, mən deyə bilməyəcəm. Serialların dəyişməsi üçün isə zaman lazımdır”.
“Təklif gələn kommersiya filmlərindən imtina etdiyiniz olub?” sualına aktyor belə bir hadisənin olduğunu açıqlayıb:
“Bu yaxınlarda kommersiya filminə dəvət etmişdilər. Amma özümü o filmdə görmədim. Təklif edən dostlarıma da bunu açıq şəkildə dedim. Yəqin ki, məndən incimədilər”.
“Özünüzü bir çox sənət dostlarınız kimi deputat görürsüz” sualına Anar Heybətov belə bir fikrinin olmadığını qeyd edib:
“Buna normal baxıram. Amma özümü deputat kimi görmürəm. İşimlə məşğul olsam, daha yaxşı olar”.
Son günlər Azərbaycan Teatr Xadimləri İttifaqının (TXİ) konfransı ilə bağlı yaranan qalmaqala münasibət bildirən Əməkdar artist ittifaqın fəaliyyətini normal qiymətləndirib:
“Dostumuz aktyor Elnur Kərimov həmin konfransa dəvət olunmamışdı. Elnur ora dəvətsiz gəlmişdi. Elnurun xətrini çox istəyirəm. Amma mən olsaydım, dəvətsiz yerə getməzdim. İnanın ki, Elnur kimi çox aktyor həmin konfransa gəlmək istəyir. Ümumiyyətlə, ittifaq tam normal fəaliyyət göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol