Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir

Xalq artisti Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir.

Bu sözləri Teleqraf-a açıqlamasında Flora Kərimovanın köməkçisi Yaqut İmanova deyib.

"Flora Kərimovanın səhhəti yaxşıdır. Müalicəsi ev şəraitində davam edir. Hər 10 gündən bir həkim müayinəsindən keçir", - deyə Y.İmanova əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl Flora Kərimova xəstəxanaya yerləşdirilmişdi. Onun müalicəsilə bağlı məsələlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü.