"Gedib məclislərdə kabab yeməyi unudun" - Xalq artisti Valeh Kərimov xalqa səsləndi
Yusif Sultanoğlu
14:17 29.03.2020
Mədəniyyət
1209
Azərbaycan xalqı koronaviusla mübarizədə həmrəylik nümayiş etdirir. Millətimiz dövlətin qəbul etdiyi qərarlara inanaraq ona riayət etməyə çalışırlar.
Əlbəttə qanundan kənara çıxan vətəndaşlar da olur. Onların da öhdəsindən gəlmək üçün dövlətin səlahiyyətli nümayəndələri təxirə salınmaz tədbirlər görməyə davam edir. Bu mübarizədə sənət adamlarının müraciətləri də mühüm rol oynayır. Tanıdığımız , sevdiyimiz sənətkarlar açıqlamalarında xalqı təşvişə düşməyərək sağlamlıqlarını qorumağa səsləyirlər.
"Sherg.az" olaraq tövsiyələrini öyrənmək üçün tanınmış aktyor, Xalq artisti Valeh Kərimovla əlaqə saxladıq :
-İnfeksiyadan qorunmaq üçün xalqa nə məsələhət görürsünüz?
- Bu elə bəladır ki, münasibət də bir mənalı olur. Nə deyirlər, nə tapşırıq verirlərsə əməl etmək lazımdır. Qanunlara riayət etməliyik. Evdən çıxma, dost , qohum, qonaqlıq yadına düşməsin. Gedib məclislərdə kabab yeməyi unutsunlar. Şəxsən mən evdəyəm.
-Yəni 65 yaşdan yuxarı insanların evdən çıxmaması qanununa əməl edirsiniz..
- Bəli, əməl edirəm. Riayət etməliyəm ki, qonşular da mənə baxsın dərs götürsün. Belə də olmalıdır.
- Hələ də məsələnin ciddiyətini anlamayan vətəndaşlara nə deyirsiniz?
- Koronavirus xəstəliyi ilə zarafat olmaz. Xalqımız dərinliyinə vara bilmir. Çox insanlar anlamır ki, böyük fəlakətdir. Tək Azərbaycanda olsa deyə bilərdik ötəridir. Amma bütün dünya koronavirus xəstəliyinden əziyyət çəkir. İnsanlar tələf olurlar. Lakin bizim millət hələ də dərk etmir. Xəstəlikdir və qorunmaq lazımdır.
- Bir sıra şəxslər tərəfindən yayılan saxta məlumatlara münasibətiniz necədir?
- Həmişə belə adamlar olub. Bir qismi zarafat edir. Digərləri düşüncəsizlikdən edirlər. Elələri də var ki qəsdən edirlər. İnsanların xarakteri müxtəlifdir. Adamlar var ki, ancaq pislik etməyə çalışır. Heç kimin yaxşılığını görmək istəmirlər. Elə adamlar indi də var. Hazır ki vəziyyətdən istifadə edirlər.
- Prezident İlham Əliyevin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını necə dəyərləndirirsiniz?
- Reklam çarxına çəkildim. Orda da demişəm ki, tərəfdarıyam. Xalqımızı da, incəsənət xadimlərini də fonda dəstək olmağa dəvət edirəm.
- Son olaraq tövsiyələriniz...
- Koronavirus xəstəliyinin öhdəsindən yalnız deyilənlərə əməl edərək gələ bilərik. Həm də ki, qismətimizdə nə varsa o da olacaq. Nə etmək olar...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya