Güneyli aşıq Bakı konsertinə hazırlaşır - Biletlərin qiyməti 30 manatdan
Yusif Nəzərli
22:02 08.11.2023
Mədəniyyət
687
İki ay olar Təbrizdə idim. “Dalğa” qrupu ilə məşq edirdik. Seçdiyimiz repertuarı bir daha dəqiqləşdirdik. İndi Bakıdayam.
Bu sözləri Kult.az-a güneyli aşıq, “Dalğa” qrupunun rəhbəri Çingiz Mehdipur gələn ay paytaxt Bakıda verəcəkləri “Təbrizin səsi” adlı konsert proqramı haqqında danışarkən deyib.
Konsert üçün ciddi hazırlıqlar getdiyini deyən güneyli aşıq bildirib ki, Təbrizdəki musiqiçilərlə məşq başa çatıb, Bakıda isə işlər davam edir:
“Bakıda da oxuyanlarımız çoxdur. 7-8 nəfərimiz buradadır. Onlarla da məşq etməliyik. Repertuarımız zəngindir. Yeni mahnılarımız var ki, ilk dəfə bu konsertdə səsləndiriləcək. Bizimlə birgə Samir Cəfərov da olacaq. Çalışırıq ki, onun və dəyərli sənətkarımız Mirələm Mirələmovun səsindən yararlanaq. İnanıram ki, dekabr ayının 4-də Heydər Əliyev Sarayında nəzərdə tutduğumuz konsert yaddaqalan və unudulmaz olacaq. Çünki bu konsertin baş tutması üçün çoxdandır çalışırıq. Təəssüf ki, pandemiyadan bəri bu planı həyata keçirə bilməmişdik”.
Qeyd edək ki, dekabrın 4-də Heydər Əliyev Sarayında “Dalğa” qrupu konsert proqramı ilə çıxış edəcək. “Təbrizin səsi” adlı proqram üçün biletlərin qiyməti 30 manatdan 160 manata kimi nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm