İstanbulda beynəlxalq elmi konfrans keciriləcək - Simpoziuma Azərbaycan alimləri də qatılacaq
Yusif Nəzərli
11:46 19.11.2023
Mədəniyyət
881
İstanbul universiteti, Türkiyyat Araşdırmaları İnstitutu bu ilin noyabrın 23-ü və 24 -ü tarixləriində "Uluslararası Türk xalqlarının mühacirət ədəbiyyatı" mövzusunda beynəlxalq elmi konfrans kecirəcək.
Sherg.az xəbər verir ki, İstanbul iniversitetinin Ədəbiyyat fakültəsində keçiriləcək iki günlük elmi simpoziuma Türk Cümhuriyyətlərinin müxtəlif ali məktəblərindən, elm- tədris mərkəzlərindən və xeyli sayda müstəqil tədqiqatçılar qatılaçaq. Simpoziumun açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Mahmudov, Türkiyə Böyük Millət Məclisinin üzvü, İstanbul millət vəkili Şamil Ayrım , Azərbaycan millət vəkili Rəfael Hüseynov, İraq Türkmən Cəbhəsi Kərkük millət vəkili Ərşad Salihi, Azərbaycanın İstanbul konsulu Nərminə Mustafayeva , İstanbul universitetinin rektoru professor Osman Bülənt Zülfükar və digər fəxri qonaqlar cıxış edəcəklər. Geniş tərkibdə simpoziuma qatılacaq Azərbaycanın müxtəlif ali məktəblərinin, elmi tədqiqat mərkəzlərinin alimləri mühacirət ədəbiyyatının müxtəlif istiqamətləri barədə araşdırmalarını elmi toplantı iştirakçılarına təqdim edəcəklər.
Qeyd edək ki, "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı simpoziumun işinə qatılb milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin övladı, ömrünü mühacirətdə başa vuran Səffət Məlik Zərdabinin həyatı, fəaliyyəti, çapında iştirak etdiyi mühacir nəşrlər və publisistik irsi barədə geniş təqdimatla cıxış edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm