
Mədəniyyət Nazirliyi Qusar Teatrında yeni layihə həyata keçirir
11:01 14.11.2023
Mədəniyyət
640
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin layihəsi çərçivəsində rejissor Abdulla Elşadlı Qusar Dövlət Ləzgi Dram Teatrına ezam edilib. Layihənin məqsədi bölgə teatrlarını inkişaf etdirmək və onları Bakı teatrlarında gedən proseslərə yaxınlaşdırmaqdır. Bu məqsədlə Abdulla Elşadlı bir ay ərzində Qusar Teatrının aktyor truppasına Stanislavski sistemi əsasında dərslər keçəcək və paralel olaraq C.Məmmədquluzadənin "Eşşəyin itməkliyi" povestinin motivləri əsasında səhnələşdirdiyi, işçi adı "Danabaşlar" olan əsərə quruluş verəcək. Artıq məşqlərinə başlanılmış tamaşanın noyabrın sonlarında təhvil verilməsi planlaşdırılır.
"Sherg.az" xəbər verir ki, tamaşa epik üslubda hazırlanır.
C.Məmmədquluzadənin orijinal əsərindən yalnız fabula saxlanılıb. Hadisələr müəllif təxəyyülünün məhsulu olan Naxçıvanın "Danabaş" kəndindən Qusara köçürülüb. Və nəticədə, "Агьвалатар чи йикъара Кцlарин "Данабаш" тlвар алай хуьре кьиле физва" - "Hadisə baş verir Qusarın "Danabaş" kəndində".
Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Bədəl Bədəlovdur. Rolları truppanın üzvləri Tofik Mustafayev, Elşad Ramazanov, Bədəl Bədəlov, Yeganə Kərimova, Ramella Mahmudova, Pirverdi Pirverdiyev, Tacir Şahbazov, Yura Kərimov, Samir Babayev, Elnur Hacıyev, Bağır Əhmədov, Malik Ramazanov və başqaları ifa edir.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm