Ramiz Novruzun qızı hər kəsi kövrəltdi:“Şok oldum ki, saçlarım...”
Yusif Nəzərli
10:11 12.04.2023
Mədəniyyət
1791
Mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz paylaşımı ilə hər kəsi kövrəldib.
“Sherg.az” xəbər verir ki, o, atasının ölümündən sonra saçlarını kəsdiyini söyləyib və videosunu izləyiciləriylə bölüşüb:
“Atasının ölümünə dözməyib intihar edən qızın xəbərini eşitdim.
Bir daha anladım ki, mən yaxşı qurtarmışam. Yoxsa beynimdən min dənə şey keçirdi. Atam dünyasını dəyişəndən bir həftə sonra özümə nə ilə cəza verə biləcəyimi düşünürdüm.
Ac qalmaq istədim, gücün çatmadı, ölmək istədim, cürət etmədim, yəqin qorxağam. Özümə cəza vermək, incitmək üçün bunu düşündüm. Ağır cəza olduğunu düşünürəm, çünki mənə yaraşıq verən saçlarım idi. Qayçı ilə haradan və necə gəldi boşluğa düşüb kəsdim. Cavidan (qardaşı-red.) yanımda olsa, belə etməzdim.
Bu videoda isə kəsdikdən 10 gün sonra usta saçlarımı səliqəyə salırdı. Bir şeyə şok oldum ki, saçlarım ağarıb. Çünki ağ saç demək olar yox idi. Birdən gördüm ki, saçlarım ağappaq olub. Bu videonu ona görə paylaşdım ki, məni qısa saçla görüb qorxmayın. Çünki həmişə başı bağlı, ya da pariklə gəzə bilməyəcəyəm. Atam demiş, bu da keçər”, - deyə, Ş. Novruz bildirib.
Qeyd edək ki, Ramiz Novruz xərçəng xəstəliyindən dünyasını dəyişib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual