Rəşad Məcid: “Şuşada səhər Alim Qasımovun zənguləsinə oyandım”
Yusif Nəzərli
16:05 16.11.2021
Mədəniyyət
835
13 noyabrda əməkdar artist Xumar Qədimovanın yeni mahnısının təqdimatı olub. Müğənni bu dəfə “Şuşa” adlı yeni əsər ifa edib. Mahnının sözləri yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə, musiqisi Xumar Qədimovanın özünə məxsusdur.
Müğənni Xumar Qədimova musiqinin təqdimat mərasimində çıxış edib. O bildirib ki, ilk dəfə sənətə Şuşaya həsr etdiyi “İsa bulağı” mahnısı ilə gəlib: “Ona görə də möhtəşəm zəfərdən sonra Şuşaya mahnı həsr etməyə bilməzdim. Əziz dostum Rəşad Məcid mənə bu şeiri oxuyanda çox xoşuma gəldi. İçdən, səmimi hisslərlə yazılmışdı. Qərara gəldim ki, şeirə musiqi bəstələyib ifa edim. Fikrimcə, bu bəstə Şuşaya həsr olunmuş mahnıların tacıdır. Mahnıda sevgi, həsrət, çoşqu, çağırış və qələbə var”.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, şair Rəşad Məcid "Şuşa"nın sözlərinin ərsəyə gəlməsinə dair fikirlərini "Sherg.az"la bölüşüb.
12-13 may tarixlərində Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında iştirak edən şair, 42 ildən sonra Şuşa haqqında yeni şeir yazıb:
“Mayın 12-də Şuşada idim. O zaman Prezident dedi ki, “Dünyanın gözəl şəhərlərini gördüm, Şuşaya bənzərini görmədim”. Həmin gecə Şuşada qaldıq. Səhər 6-nın yarısı Alim Qasımovun canlı zənguləsinə oyandım. İ.Əliyevin sözünü xatırladım, şeiri yazdım.
Min şəhər adı var dillər əzbəri,
Adların ən üstün adıdır, Şuşa!
Musiqi notudur, cüt hecasıyla
Dilimin şəhdidir, dadıdır, Şuşa!
Şeiri dostum Xumar Qədimovaya oxudum, o da bəyəndi. Belə bir musiqi ərsəyə gəldi. Xumar xanım artıq dördüncü dəfədir, şeirimə musiqi bəstələyir. “Bir də gəlməyəcək”, “Səbəbi sənsən”, Daha səni üzməyəcəm” kimi ifalar da yaxşı alınıb və sevilib.
“Şuşa” mahnısı cəmiyyətdə maraqla qarşılanıb. Cəngavərliyi, hünəri özündə ehtiva edən musiqi , marş kimi səsləndirilir. Bu musiqi Şuşa haqqında ən gözəl mahnılardan biri olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət