"Səbrli olaq, hər şey yaxşı olacaq" - Nazpəri Dostəliyeva
Yusif Sultanoğlu
06:10 31.03.2020
Mədəniyyət
1053
Koronavirus təhlükəsi ilə bağlı xalq maarifləndirici yazılara, tövsiyələrə ehtiyac duyur. Vətəndaşlar dövlətin rəsmi qərarlarını nəzərə almaqla yanaşı ziyalıların, incəsənət xadimlərinin müraciətlərini də dinləməyə çalışır. Bununla öz sağlamlıqlarını qoruyurlar.
-Sizcə Koronavirus infeksiyasının qarşısını necə almaq olar ?
-Instagram-da da paylaşıram. Evdə də hamı qaydalara riayət edir. Hər kəsi evdə qalmağa çağırıram. Gündəmdə olan bir dərdimiz var. O da koronavirus xəstəliyidir. Allah xalqımızı qorusun. Səbrli olsunlar. Başa düşürəm hamı işə getmək, təmiz havada gəzmək üçün darıxıb. Amma dözmək lazımdır. Allahın imtahanından üzü ağ çıxaq. Allahın yaratdıqlarıyıq və əmirlərini yerinə yetirməliyik. Xalqımızı səbrli olmağa çağırıram. Hər şey yaxşı olacaq.
- Operativ Qərargahın qərarlarını dəstəkləyirsinizmi?
- Əlbəttə. Bu gün konsertlərin, toyların, məclislərin olmaması yaxşıdır. Ümumiyyətlə insanlar bir yerə toplaşmamalıdır. Qanunlar bizim, övladlarımızın gələcəyi naminədir. Koronavirus da elə xəstəlikdir ki, bir nəfərdən neçə-neçə insanlara yoluxa bilər. Təsəvvür edin, mən sənə, sən ona, o başqalarına keçirsə axırımız necə olar?..
-Karantinlə əlaqədar olaraq sizin də işləriniz dayandı...
-Bəli, hələ toylar, konsertlər yoxdur. Amma Nazirliyin tədbiri olacaq. Rəsmi saytda yayımlanacaq. Mən və sənət dostlarım evdə konsert verəcəyik.
-Dəqiq tarix bəllidir ?
- Yaxın günlərdə çəkiliş olacaq. Nazirlik tərəfindən təşkil olunan böyük layihədir. Özümüz etdiyimiz başqa idi. Amma bu da Nazirliyin layihəsidir. Hazırda üzərində işləyirik.
-Televiziya kanallardan birində görə biləcəyik?
-Nazirliyin rəsmi saytında hamı baxa biləcək.
-Prezidentin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə dəstək fonduna münasibətiniz necədir?
- Dəstəkləyirəm. Bilirsiz, yaradılan fond, edilən köməklər yalnız sənətçilərə deyil bütün xalqa aiddir. Hansı sahədə çalışmağından aslı olmayaraq hər kəsə şamil olunur. Mən də xalqın bir övladıyam. Heç kənarda qalaram? Tərəfdarıyam!
-Qəbul olunan qərarlara riayət edirsinizmi?
-Bütün qanunlara əməl edirəm. Azərbaycan vətəndaşı olaraq övladlarımın gələcəyi üçün evdə qalıb qaydalara əməl edirəm.
-Evdə vaxt necə keçir?
- Şükür Allaha ailəmlə bir yerdəyəm. Balacalar onlayn şəkildə dərslərinə davam edir. Boş vaxtlarımda bacardığım qədər dərslərinə nəzarət edirəm. Onlarla vaxt keçirirəm. Yemək bişirirəm. İşi olanlar gedir, getməyən evdə qalır. Hamı kimi vaxt keçiririk. Həyatın ritmini öldürməmək şərtilə yaşayırıq. Çünki həyatın ritmi olmalıdır. Hər şeyə rəğmən evdə oturub yeyib, yatmaqla vaxt keçməməlidir. Həmişəki kimi yaşamağa davam etməliyik. Həyat öz qaydasında irəliləməlidir. Eyni zamanda "evdə qal" qaydasına əməl etməliyik. Yaşlı nəsilə qayğı göstərməliyik. Dəstək olmalıyıq. Misal üçün nənələrimizə, babalarımıza nəzarət etməliyik. Həm maddi, həm mənəvi cəhətdən kömək etməliyik ki, evdən çıxmasınlar. Hər bir Azərbaycan vətəndaşı üçün mütləqdir. "Evdə qal" aksiyasına əməl edək. Qoruyaq və qorunaq!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil