Səsin və sözün Zəkası...- FOTO
Yusif Nəzərli
12:54 22.11.2021
Mədəniyyət
635
Zəka insan təbiətini özünəxas həssaslıqla gəzən, öyrənən bir sənətkardır. Onun həm şeirlərində, həm də nəsrində insan faciəsinin səbəbləri daha çox yerlə, yurdla bağlıdır. Zəkanın dolanışıq ardınca Rusiyaya üz tutmuş qəhrəmanlarının faciəsi bizi düşündürməlidir. Çünki onlar yaxşı həyat arxasınca üz tutduqları yerlərdə xəyanətlərlə, aldanışlarla qarşılaşırlar. Qazandıqlarını havaya sovurur, vətənə ya ölüm xəbərləri ilə, ya da xəstə canla qayıdırlar.
İnsan doğulanda ilk dəfə ömrünün sonunacan daşıyacağı bir mülkə sahib olur və bu mülkü o necə qoruyacaq, onu necə saxlayacaq, bu mülk onun ünvanına töhmət olacaq, yoxsa başucalığı gətirəcək... bunu onun yaşadığı həyat göstərir.
Bu mülkün sərhədləri, əhatə dairəsi, özündən başqa kimlər üçünsə ocaq, pir olacağı, Allah eləməmiş, bəlkə lap nifrət ocağı kimi tanınacağı... bu gələcəyin işidir. Əsas odur ki, həmin mülkün sahibi o mülkü necə tanıdacaq... Bu mülk insanın öz adıdır. Azərbaycan mənəvi mühitində öz yeri, öz aləmi olan bir şəxsiyyət haqqında beş-üç kəlmə ilə ruhumda-varlığımda hakim olan duyğuları sözə gətirmək mənim üçün çətindir. Ən azı ona görə ki, bu gün artıq 50 yaşına yetmiş olan Zəka adlı mülk sahibindən danışıram... Zəka Vilayətoğlu 50 yaşına qədər birmənalı şəkildə adını, sanını yüksək ucalıq mərtəbəsində qoruya bildiyini indiki zamanın ən çətin meyarları müqabilində təsdiq edib.
Mənim üçün Zəkanın həm öz adı, həm də atasının adı xüsusi bir rəmzdir. Zəka ağıl deməkdir, düşüncə deməkdir. O təmsil etdiyi vilayətin, əyalətin... bütövlükdə dünya olan evimizin Azərbaycan adlı vilayətinin oğlu olduğunu həm musiqi mədəniyyətimiz üçün, həm də söz sənətimiz üçün qədərincə göstərə bilib.
Zəkanın mənəvi mühitində iki möhtəşəm qanad var. Bunun biri musiqidirsə, Azərbaycan muğamıdırsa, Azərbaycanın xalq musiqi sənətidirsə, digəri söz sənətidir.
Hələ onun söz sənətinin özünün də çoxşaxəli olduğunu burada ötəri də olsa, qeyd etmək yerinə düşər. İncə ruhlu şeirləri, vətən yanğılı duyğularının poetik ifadəsi göstərir ki, Zəka Vilayətoğlu Azərbaycan poeziyasında kifayət qədər görünən sənətkardır. Eyni zamanda o, həssas təbiətli bir nasirdir, emosional duyğulu publisistdir. Bütün bunlar göstərir ki, Z.Vilayətoğlu bütün varlığı ilə sənətkardır, istər musiqidə, istərsə də, ədəbiyyatda.
Zəka Vilayətoğlunun mənsub olduğu ocaq, sözün həqiqi mənasında, böyük sənət ocağıdır. Bu ocaqda Ayaz Arabaçı kimi kifayət qədər məşhur bir şair də var. O Zəka Vilayətoğlunun böyük qardaşıdır.
Əlirza Xələfli
şair, publisist, "Kredo" qəzetinin baş redaktoru
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət