Ukraynada Azərbaycanın mədəniyyət mərkəzi açıldı
15:58 08.11.2019
Mədəniyyət
531
Noyabrın 8-də Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Xarkov şəhərində ölkəmizin ilk Mədəniyyət və İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmiləri, səfirliyin, “SOCAR Ukraine”nin əməkdaşları, Xarkov Vilayət Dövlət Administrasiyasının, şəhər meriyasının nümayəndələri, Ukraynanın ictimai-siyasi xadimləri, soydaşlarımız iştirak edib.
Tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra iki ölkənin dövlət bayrağı qaldırlıb.
Mərkəzin fəaliyyətə başlamasını tarixi hadisə adlandıran Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, 9 noyabr - Dövlət Bayrağı günü ərəfəsində Ukraynanın ikinci ən böyük şəhərində üçrəngli bayrağımızın dalğalanması qürurvericidir. Dövlət bayrağımızın dalğalanması burada yaşayan soydaşlarımızın milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını gücləndirəcək. Səfir bildirib ki, Prezident İlham Əliyevin tapşırığı və tövsiyəsi ilə Ukraynada Azərbaycan mədəniyyəti və tarixinin tanıdılması üçün bir sıra layihələr həyata keçirilir. Xarkovda Azərbaycanın Mədəniyyət və İnformasiya Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin mədəniyyətini, tarixini təbliğ etməkdə öz töhfəsini verəcək. A.Xudiyev Ukraynanın digər şəhərlərində də Azərbaycanın mədəniyyət mərkəzlərinin açılacağının planlaşdırıldığını vurğulayıb. Səfir sonda dəstəyə Xarkov merinə təşəkkürünü bildirib.
Sonra çıxış edən Azərbaycan Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev bildirib ki, Azərbaycan və Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq yüksək səviyyədədir.
“Azərbaycan dövləti həmişə xarici ölkələrdə mədəniyyətimizin təbliği üçün istənilən təşəbbüsü dəstəkləyir. İnanıram ki, Azərbaycanın bu mədəniyyət mərkəzi xarkovlular və şəhərin qonaqları üçün xüsusi əhəmiyyətə malik olacaq. Mədəniyyət tədbirlərinin keçiriləcəyi məkana çevriləcək”, - Babayev əlavə edib.
Azərbaycanın dövlət bayrağı günü ərəfəsində Xarkovda belə möhtəşəm mədəniyyət mərkəzinin açılmasının xüsusi məna verdiyini deyən şəhər merinin birinci müavini İqor Terexov bildirib ki, mərkəz iki ölkənin dost münasibətlərini daha da möhkəmləndirəcək.
Xarkov vilayət Dövlət Administrasiyasının İqtisadiyyat və Beynəlxalq Münasibətlər departamentinin direktoru Andrey Kolos, Azərbaycan Mədəniyyət və İnformasiya Mərkəzinin direktoru, Ukraynanın Xalq rəssamı, heykəltəraş, soydaşımız Seyfəddin Qurbanov çıxış edərək mərkəzin əhəmiyyətindən danışıb.
Daha sonra Mədəniyyət Mərkəzinin rəmzi açılış mərasimi keçirilib.
Tədbir daha sonra Azərbaycanın və Ukraynanın sənət adamlarının konsert proqramı ilə davam etdirilib.
Qeyd edək ki, Mədəniyyət və İnformasiya Mərkəzi ərazisində Azərbaycan və Ukraynanın sarsılmaz dostluğunu tərənnüm edən abidə, hər iki ölkənin mütəfəkkirləri və tarixi şəxsiyyətlərin heykəlləri, müxtəlif kompozisiyalar mövcuddur.
Qeyd eək ki, Xarkovda açılan Azərbaycan Mədəniyyət və İnformasiya Mərkəzindən 20-30 metr aralıda Ermənistanın Mədəniyyət Mərkəzi və erməni kilsəsi yerləşir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda Milli Sevgililər Günüdür
00:38 30.06.2026
Cəmiyyət
Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı
00:18 30.06.2026
Cənubi Qafqaz
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
23:59 29.06.2026
Dünya
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə