Vyanada Azərbaycan milli geyimləri nümayiş olunub
23:44 06.05.2023
Mədəniyyət
682
Mayın 6-da Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ”Salam.Orient” festivalı çərçivəsində “İpək Yolu boyunca milli geyimlər” adlı tədbir keçirilib.
Sherg.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin ”Salam.Orient” və “Kulteurasia” ilə birgə təşkil etdiyi tədbirdə qədim İpək Yolu üzərində yerləşən ölkələrin (Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistandan) milli geyim nümunələri nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova ”Salam.Orient” festivalı və “Kulteurasia” təşkilatı ilə uzun illərə söykənən əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Bildirilib ki, müasir dövrdə İpək Yolu həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə önəmini artırmaqdadır və bu tədbir mədəni-folklor istiqamətdə töhfə kimi dəyərləndirilməlidir.
L. Qasımova milli geyimləri nümayiş olunan ölkələrlə Azərbaycanı tarixən sıx əlaqələrin bağladığını diqqətə çatdırıb. O, Azərbaycana dost ölkələrin milli geyimlərinin Azərbaycan Mədəniyyət Mərkəzində təqdim olunmasını həmin dostluğun bariz nümunəsi kimi qiymətləndirib. Mədəniyyət Mərkəzinin rəhbəri Azərbaycan milli geyimlərini təqdim edən Bakı Milli Geyim Evinə xüsusi təşəkkürünü bildirib.
Sonra “Kulteurasia” təşkilatının rəhbəri Daniela Libervirt təqdimatla çıxış edib və qədim İpək Yolu üzərində yerləşən ölkələrin milli geyimlərinin xüsusiyyətlərindən danışıb. Məruzədə Azərbaycan kəlağayısı, Mərkəzi Asiya ölkələrində geniş yayılmış ikat, çakan və digər geyimlər barədə ətraflı məlumat verilib, Cənubi Qafqazda yeganə ipək istehsalı mərkəzi Şəki şəhərindən və Azərbaycan ipəyindən bəhs olunub.
Sonra milli geyimlərdən ibarət dəfilə təşkil olunub və sözügedən ölkələrin nümayəndələri öz milli geyimlərini nümayiş etdiriblər.
Tədbirdə Avstriyada yaşayan kamança ifaçısı Ruhulla Əziz musiqili proqramla çıxış edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə