Mətbuat Şurasının sədri, Milli Məclisin keçmiş deputatı Əflatun Amaşov "Şərq qəzeti"nin nəzdində yaradılan "Şərq Tv"nin studiyasında olub.
"Sherg.az" xəbər verir ki, Ə.Amaşov gənc işçi heyəti və yaradılan şəraitlə tanış olub. Qəzetin baş redaktoru Akif Aşırlı, Əflatun Amaşova üzərində "Şərq Tv" loqosu olan fincan hədiyyə edib.
Medianın inkişafında yeni mərhələnin başladığını vurğulayan sədr bildirib ki, hansı televiziya daha çox tamaşaçı qazanacaqsa, o qalacaq:
"TV-nin götürdüyü xəttdən çox şey aslıdır. Mən əminəm ki, "Şərq" üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcək. "Şərq Tv" yaxın gələcəkdə nəinki Azəbaycanda, ümumiyyətlə, regionda sayılıb-seçilən televiziyalardan biri olacaq".
Sonda Akif Aşırlı, Əflatun Amaşov və gənc əməkdaşlar xatirə fotosu çəkdirib.