Avropa Tiflisi “dara çəkməyə” hazırlaşır – Mişel bəyanat yaydı
18:55 27.10.2024
Dünya
344
Gürcüstan məsələsi noyabrda Budapeştdə keçirilməsi planlaşdırılan Avropa Şurasının qeyri-rəsmi iclasının gündəliyinə daxildir.
Axar.az xəbər verir ki, bu sözləru Avropa Şurasının Prezidenti Şarl Mişel X sosial şəbəkəsindən yazıb.
“Gürcüstanda keçirilən parlament seçkilərindən sonra mən Gürcüstan məsələsini Avropa Şurasının Budapeştdə planlaşdırılan qeyri-rəsmi iclasının gündəliyinə daxil etmək qərarına gəldim”, - Mişel bildirib.
O qeyd edib ki, Gürcüstandakı seçki pozuntuları tez, şəffaf və müstəqil şəkildə ciddi şəkildə araşdırılmalıdır.
Mişelin yanaşması bu tezislər üzərində qurulub:
- Avropa Şurası ATƏT/DTİHB müşahidə missiyası tərəfindən seçkilərin ilkin qiymətləndirilməsini qəbul etdi;
- Avropa Şurası Gürcüstanın Mərkəzi Seçki Komissiyasını və digər qurumları bütün pozuntuları və bununla bağlı ittihamları operativ şəkildə araşdırmağa çağırır;
- AB Gürcüstan rəhbərliyini Avropa Şurasının iyun və oktyabr aylarında keçirilmiş iclaslarının nəticələrinə uyğun olaraq Avropa kursuna sadiqliyini təsdiqləməyə çağırır.
Mişelin sözlərinə görə, noyabr görüşündə Avropa Şurası mövcud vəziyyəti qiymətləndirəcək və Gürcüstanla münasibətlərdə gələcək addımları müəyyən edəcək:
“İndiki mərhələdə bütün siyasi qüvvələr arasında konstruktiv və inklüziv dialoq xüsusilə vacibdir”.
ATƏT DTİHB, ATƏT PA, AŞPA, NATO PA və Avropa Parlamentinin birgə missiyasının qənaətinə görə, Gürcüstan parlamentinə seçkilərin proseduru yaxşı təşkil olunub, səs vermək üçün geniş seçim olub, ancaq partiyaların maliyyələşdirilməsində bir balanssızlıq, dövlət məmurlarına təzyiq və çox sayda seçici qorxutma halları var.
Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası 54,2 faiz səslə qalib gəlib. Parlamentə düşən 4 müxalif partiyası isə seçkilərin nəticəsini tanımaqdan imtina edib. Bundan əlavə, müxalifəti dəstəkləyən QHT-lər də seçkilərin saxtalaşdırıldığını elan ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol