Rizvan Cəbiyevin səhhəti ağırdır, yaddaşını bəzən tamamilə itirir - Xanımı "Şərq"ə danışdı

  • "Yanına elə də çox gələn olmur. Ara-sıra zəng edib halını soruşurlar"

Milli Mətbuat günündə yada salınmalı, xatırlanmalı xadimlərdən biri də ictimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının əməkdar jurnalisti Rizvan Cəbiyevdir. 

Qeyd edək ki, Rizvan Cəbiyev Azərbaycan Respublikası Prezidenti 21 iyul 2005-ci il tarixli 925 nömrəli Sərəcamı ilə "Azərbaycan Respublikasının əməkdar jurnalisti fəxri adına layiq görülüb, 18 noyabr 2017-ci il tarixli 3397 nömrəli Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Sherg.az Əməkdar jurnalistin vəziyyəti ilə bağlı onun həyat yoldaşı Şərqiyə Cəbiyeva ilə əlaqə saxlayıb:

"Rizvan Cəbiyev insultdur, hazırda xəstədir. Evdə müalicə alır, səhhəti ağırdır. Yaxşı danışa bilmir, yaddaşında da problemlər var. Bəzən hər şeyi xatırlayır, bəzən isə yaddaşı tamamilə itir. Yanına elə də çox gələn olmur. Ara-sıra zəng edib halını soruşurlar".