Bu partiyalar dövlətdən maliyyələşməyə başladı
Bu partiyalar dövlətdən maliyyələşməyə başladı
10:17 21.10.2024
Siyasət
429
Azərbaycanda fəaliyyət göstərən, bu il keçirilən növbədənkənar parlament seçkilərində iştirak etmiş siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinə start verilib.
Sherg.az Bakupost.az-a istinadla xəbər verir ki, bu siyasi qurumlar içərisində Müsavat Partiyası da var.
Müsavatdan başqa Ağ Partiya (AğP), Ümid Partiyası, Azərbaycan Xalq Partiyası (AXP), Azərbaycan Demokrat Partiyası (ADP), Ədalət Partiyası (ƏP), Müasir Müsavat Partiyası (MMP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Yeni Zaman Partiyası (YZP), Gələcək Azərbaycan Partiyası (GAP), Haqq Ədalət Partiyası (HƏP), Azad Vətən Partiyası (Azad Vətən) da maliyyə yardımı alacaq.
Artıq qüvvəyə minən "Siyasi partiyalar haqqında" qanuna görə, dövlət tərəfindən ayrılan vəsait aşağıdakı kimi bölünür:
- Vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür.
- Vəsaitin 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir.
- Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır.
- Vəsaitin 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.
Beləliklə, qanuna əsasən parlamentdə təmsil olunmayan partiyalar da dövlətdən yardım ala biləcək.
Əvvəlki qanunda vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və səs qazana bilən bütün partiyalara aid olacaq.
Qeyd edək ki, ötən il Azərbaycanda 26 siyasi partiya qeydiyyatda olub. 2024-cü ilin büdcəsindən partiyalar üçün 5 milyon manat vəsait ayrılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya