Milli Onkologiya Mərkəzi “AZƏRİ-MED” QSC ilə 1 milyon 224 min 999 manatlıq müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, qurum bu məbləğə mərkəzdə xətti sürətləndirici şüa avadanlıqlarının cari təmiri və onların tez sıradan çıxan hissələrinin və detallarının alınması və dəyişdirilməsi işlərini görəcək.
Onu da bildirək ki, işlərə bu ayın 3-də start verilib və cari ilin dekabr ayına qədər tamamlanması planlaşdırılır.