Britaniyalı alim: “Şuşadakı bərpa işləri böyük təəssürat yaradır”
Yusif Nəzərli
14:20 29.04.2022
Qarabağ
687
“Şuşada və Azərbaycanın azad olunmuş başqa ərazilərində görülən bərpa işlərinin sürəti təqdirəlayiqdir”.
Bunu “Report”a “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edən Şotlandiyanın Sent-Endryus Universitetinin professoru Frederik Foun bildirib.
Britaniyalı professor aprelin 28-də, konfransın ilk günü Şuşa şəhərinə səfərlə bağlı təəssüratlarını bölüşüb:
“Bu, Cənubi Qafqaz regionunun tarixi üçün də mühüm məqamdır. Şuşa məndə böyük təəssürat yaradıb. Buradakı tikinti işlərini, şəhərlərin gələcək planlarını gördük. Bərpada istifadə olunan yeniliklər, texnologiyalar da məni heyran etdi”.
Professor onu da vurğulayıb ki, səfər zamanı onlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə prosesi ilə bağlı çox şey öyrəniblər:
“Bu baxımdan, beynəlxalq əməkdaşlığa ehtiyac var, bu, insanlar üçün çox həssas məsələdir”.
Britaniyalı qonaq həmçinin bu gün Prezident İlham Əliyevin konfrans iştirakçıları ilə görüşdəki çıxışının onda böyük təəssürat yaratdığını deyib:
“Bu, çox mühüm sessiya idi. Prezident nəinki Cənubi Qafqazdakı vəziyyətlə bağlı, həm də qonşu ölkələr və dünyanın başqa ölkələrilə münasibətlərə dair çox aydın və dəqiq fikirlər söylədi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniyada üç silahlı kilsəyə hücum etdi - 7 ölü, 12 yaralı var
18:55 23.10.2026
Gündəm
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:47 23.10.2026
Region
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:44 23.10.2026
Dünya
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm