Nazir: “İtaliya şirkətləri minatəmizləmə sahəsində əlavə addımlar atacaqlar”
Yusif Nəzərli
09:48 02.04.2022
Qarabağ
547
“Həmkarımla müzakirələrimiz zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verdim”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, nəqliyyat-kommunikasiyaların açılması, beynəlxalq səviyyədə dövlət sərhədinin müəyyən edilməsi üçün İşçi Qrupunun yaradılmasının labüdlüyü istiqamətində Azərbaycan tərəfinin təklifləri barədə həmkarını məlumatlandırıb:
“Ən önəmli istiqamət olaraq uzun müddət ərzində Ermənistana sülh sazişi üzrə olunan təklif və artıq fevral ayından etibarən Azərbaycan tərəfindən həmin sazişin təməl bazası üçün təkliflərimiz barədə məlumat verdim. Son günlər ərzində Ermənistan tərəfindən bu istiqamətdə bir sıra şəxslər tərəfindən müsbət mesajları eşidirik. Azərbaycan dəfələrlə öz mövqeyini ifadə edib”.
Nazir əlavə edib ki, bu gün Azərbaycan üçün əsas prioritet işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, yenidənqurma işlərinin aparılmasıdır:
“Artıq bu prosesdə də İtaliya şirkətləri fəal iştirak edirlər. Bu şirkətlərin sayının artırılmasına böyük maraq var. Həmkarım bu gün təsdiq etdi ki, İtaliya şirkətləri minatəmizləmə sahəsində əlavə addımlar atacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail BMT Baş Katibinin ofisi ilə əlaqələrini kəsib
23:30 28.05.2026
Dünya
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya