Nazir:“Füzuli və Cəbrayılın Baş planları hazırlanır”
14:17 22.06.2021
Qarabağ
678
“BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri əlamətdar hadisədir, Qələbəmizdən sonra bu ali strukturun yüksək səviyyəli nümayəndəsinin tarixi səfəridir”.
“Report” xəbər verir ki, bu sözləri Füzuli rayonunda səfərdə olan mədəniyyət naziri Anar Kərimov bildirib.
O, qeyd edib ki, Migel Angel Moratinos artıq Füzulidə bir neçə yerdə olub və erməni vandallığını görüb: “BMT-nin Ali nümayəndəsi torpaqlarımızın, irsimizin hansı vəziyyətdə olduğunu gördü. İbadətgahlar, məscidlər dağıdılıb və ya vandalizmə məruz qalıb. BMT-nin Sivilizasiyalar Alyansının əsas məqsədlərindən biri bu abidələrin mühafizəsi, insanların dua edə biləcəyi bu yerlərə qayıtmasının təmin edilməsidir”.
Mədəniyyət Nazirliyinin Füzuli rayonu ilə bağlı gələcək planları haqqında danışarkən Anar Kərimov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli və Cəbrayıl rayonlarının Baş planları hazırlanır.
“Biz Füzulinin bərpası prosesinin necə həyata keçiriləcəyi mövzusunda müvafiq strukturların rəhbərləri ilə müzakirələr aparacağıq. Prezident dağıdılmış hər bir rayonda işğal və qələbə muzeylərinin tikilməsi ilə bağlı tapşırıq verib. Bu günlərdə Ağdamda ölkə başçısının iştirakı ilə muzeyin təməlqoyma mərasimi keçirilib. Füzuli rayonunda da bu cür muzeylərin yaradılması planlaşdırılır”, – nazir əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Azərbaycan yaşıl enerji üzrə regional hab rolunu gücləndirir
17:58 01.06.2026
Gündəm
Putinin “gizli ailəsi”: İki oğlunun olduğu bildirilir - FOTO
17:53 01.06.2026
Dünya
SON DƏQİQƏ: İran ABŞ-la danışıqları dayandırdı
17:48 01.06.2026
Gündəm
Sabah BTQ dəmir yolu xətti istifadəyə veriləcək - FOTO
17:24 01.06.2026
İnfrastruktur
Medvedev: Paşinyan axırda Avropaya qaçacaq
17:22 01.06.2026
Gündəm
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd edilib
17:09 01.06.2026
Media
Azərbaycanda uşaqların sosial müdafiəsi gücləndirilir
16:57 01.06.2026
Cəmiyyət
Bəzi ərazilərdə yağış yağacaq - XƏBƏRDARLIQ
16:01 01.06.2026
Ekologiya
Makron Trampla Yaxın Şərqi müzakirə edib
15:13 01.06.2026
Gündəm
Köçəryan Rusiya ilə hədələdi - “Fəlakət olacaq”
13:42 01.06.2026
Region
Ərdoğandan Bakı Enerji Həftəsinə mesaj: Suriyaya qaz tədarükü...
13:22 01.06.2026
Gündəm
Putin Paşinyanın ad gününü üç cümləlik mesajla təbrik etdi
13:06 01.06.2026
Gündəm
Netanyahu Beyruta hücum əmri verdi
12:56 01.06.2026
Dünya