
Xocalıda təxribat! - “Sülhməramlıların çıxarılması məsələsi qaldırıla bilər”
Yusif Nəzərli
15:52 31.03.2022
Qarabağ
4903
Ötən gün ermənilər Xocalı rayonunun Pirlər kəndində növbəti təxribata cəhd edib. Bu barədə Caliber.az saytı məlumat yayıb. Məlumata görə, kəndə ermənilər gətirilib, onlara hərbi forma və silahlar yerindəcə verilib.
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələr bu prosesi 200 metr kənarda sakitcə seyr ediblər.Yaxın günlərdə rəsmi İrəvanın Bakını dərhal sülhə çağırmasından sonra yenidən belə bir təxribata əl atması erməni tərəfinin əsl niyyətini gözlər önünə sərir.

Ermənistanın növbəti təxribatı barədə “Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan baş verənlərdən hələ də dərs çıxarmayıb:
“Son günlər Xocalı rayonun ərazisində baş verən hadisələr onu göstərir ki, Ermənistan tərəfi nə Vətən müharibəsinin nəticələrindən, nə noyabrın 16-da Laçının Qaragül istiqamətində baş verən hadisələrdən, nə də Azərbaycan Ordusunun son günlər Fərrux dağı istiqamətindəki məlum fəaliyyətlərindən nəticə çıxarıb. Sülhməramlı kontingentin gözlə görülə bilənən bir məsafədən erməni silahlılarına geyim, silah-sursat paylanmasını sadəcə müşahidə etməsi onu göstərir ki, sülhməramlı kontingent artıq Azərbaycan ərazisində fəaliyyətinin legitimliyini tam şübhə altına alıb. Ermənistanın isə baş verən proseslər fonunda silahlılarını Qarabağdan çıxarmadan sülhdən danışması tam ikiüzlülükdür”.
Ekspert hesab edir ki, Azərbaycan Ordusu əsgərimizə və ərazimizə yaranacaq istənilən təhdidi xəbərdarlıq etmədən aradan qaldırmaq hüququna malikdir:
“Fərruxda, Pirlər kəndində açılan atəşin qarşısını aldığımız kimi, digər istiqamətlərdə də baş verən bütün təxribatların qarşısı qətiyyətlə alınmalıdır. Sülhməramlılara isə Qarabağda erməni silahlılarının təmizlənməsi üçün konkret müddət təyin edilməlidir.
Əgər bu müddətdə fəaliyyətlərində dəyişiklik olmazsa, proses başlamazsa, o zaman sülhməramlıların ərazidən çıxarılması məsələsi də qaldırıla bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya