Ermənistanın Baş naziri Nikol Paşinyanla İrəvanda səfərdə olan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında görüş baş tutub. Görüşdə ikitərəfli münasibətlərin dinamik inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Onlar tərəflərin texnologiya, sənaye, energetika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlıq üçün yeni imkanlarının olduğuna əminliklərini ifadə ediblər.
"Şimal-Cənub" avtomobil yolunun tikintisində İran tərəfi ilə əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. Tərəflər avtomobil yolunun tikintisinin, həmçinin ikitərəfli ticarət dövriyyəsinin və yük daşımalarının həcminin artırılmasına yeni təkan verəcəyinə əminliklərini bildiriblər.
N.Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığın ardıcıl inkişafında və genişləndirilməsində maraqlıdır.
Görüşdə Ermənistan TŞ katibi Armen Qriqoryan və XİN başçısı Ararat Mirzoyan da iştirak edib.
Qeyd edək ki, Əhmədian ötən gün Bakıda səfərdə idi.