“Məndə olan məlumata görə, USAID Gürcüstanda bütün layihə və proqramlarını dayandırıb, əməkdaşlarını işdən azad edib”.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu siyasi ekspert Zaal Ancaparidze feysbuk səhifəsində yazıb.
O bildirib ki, bu, ABŞ prezidenti Donald Trampın digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə dayandırılması barədə qərarı ilə bağlıdır.
“Bu o deməkdir ki, Gürcüstanda ən azı 90 gün ərzində “rəngli inqilablara” hazırlıq, maliyyə və texniki dəstəyi USAID-dən olan proqramlar maliyyələşdirilməyəcək”, - Z.Ancaparidze qeyd edib.