Putin Türkiyəyə səfər dəvətini qəbul edib, amma… - Peskov

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə dəvəti qəbul edib, lakin səfərin tarixləri hələ razılaşdırılmayıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Həqiqətən də Rusiya prezidentinə etibarlı dəvət var və Rusiya prezidenti bu dəvəti minnətdarlıqla qəbul edib. Eyni zamanda, səfərin tarixləri hələ diplomatik kanallarla razılaşdırılmayıb”, - o bildirib.

Qeyd edək ki, Vladimir Putinin Türkiyəyə səfəri ötən ildən bir neçə dəfə təxirə salınıb.