Acarıstan hökumətinə yeni sədr təyin edilib

Acarıstan Muxtar Respublikasının yeni başçısı məlum olub.

24News.ge xəbər verir ki, prezident Mixeil Kavelashvili Sulxan Tamazaşvilinin namizədliyini irəli sürərək onu Acarıstan hökumətinin yeni sədri təyin edib.

S.Tamazaşvili bu vəzifəyə qədər Tbilisi Polis Departamentinin rəhbəri olub.

Qeyd edək ki, ötən gün səhər saatlarında Acarıstan hökumətinin keçmiş sədri Tornike Rijvadze vəzifədən istefa verdiyini açıqlayıb.