
Parlamentari: ABŞ-İran müharibəsi Azərbaycana sərf etmir
Yusif Nəzərli
01:02 11.04.2025
Region
671
Fazil Mustafa: “Qonşuda yanğın olanda, yanğın özü gəlməsə də, ən azı tüstüsü bizə mənfi təsir göstərəcək, boğula bilərik”
"ABŞ lazım gələrsə, İrana qarşı hərbi güc tətbiq etməyə hazır olacaq". Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib. Tramp bildirib ki, İranla Omanda keçiriləcək məsləhətləşmələr uzun prosesin yalnız başlanğıcı olacaq: "Az vaxtımız var. Bir az vaxtımız var, çünki onların nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. Mən çox şey istəmirəm. Onların nüvə silahı ola bilməz". ABŞ-nin respublikaçı senatoru Lindsi Qrehem deyib ki, İran altı atom bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir: "Onların altı bomba hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uranı var. Onlar bundan istifadə edəcəklər. İran altı nüvə bombası hazırlamağa çox yaxındır. Onlar İsraili məhv edəcək, sonra da bizim üçün gələcəklər". İran xarici işlər naziri Abbas Araqçı isə bildirib ki, Vaşinqton Tehrana qarşı güc tətbiqi ehtimalından imtina etməlidir. O, aprelin 12-də Omanda Tehran və Vaşinqton arasında "birbaşa olmayan" danışıqları şərh edərkən qeyd edib ki, İran tərəfi sazişin bağlanması üçün ciddi qarşılıqlı fəaliyyətə hazırdır. Eyni zamanda, Araqçı vurğulayıb ki, ABŞ və İran arasında dolayı qarşılıqlı fəaliyyət formatı əhəmiyyətli inamsızlıq və niyyətlərin səmimiliyinə şübhə ilə izah olunur ki, bu da ABŞ-nin İrana maksimum təzyiq siyasətini bərpa etməsi ilə əlaqədar olaraq daha da güclənib. Araqçı əlavə edib ki, Tehran nüvə proqramı ilə bağlı mümkün narahatlıqları aradan qaldırmaq üçün lazımi tədbirlər görməyə hazırdır.
Millət vəkili Fazil Mustafa ABŞ-İran arasında müharibə ehtimalını dəyərləndirərkən deyib ki, bütün hallarda ABŞ-nin İrana vurduğu zərbə həm də Azərbaycana dəyən zərbə olacaq. Deputatın sözlərinə görə, müharibədən dolayı yaranacaq qaçqın dalğasının əziyyətini Azərbaycan çəkəcək:

"İqtisadi münasibətlərimizə də böyük zərbə dəyəcək. Qonşuda yanğın olanda, yanğın özü gəlməsə də, ən azı tüstüsü bizə mənfi təsir göstərəcək, boğula bilərik. Ona görə də çalışmalıyıq ki, ABŞ-İran müharibəsi olmasın. İran da ağıllı siyasət yeridərək, ABŞ ilə dil tapıb məsələləri öz məcrasına qoymalıdır. Anlamalıdır ki, bu standartlarla, "dayandoldurum"la İsrailə 5 raketlə atmaqla bu ölkəyə təsir edə bilmir. İran normal, mədəni, təhlükəsiz bir dövlət qurmalıdır. İddia edirlər ki, onları xaricdən qısnayırlar, təzyiq edirlər və s. İnsan özü başqasını qorxutmamalıdır. Görəndə ki, özü salamat adamdır, mömindir, heç kim ona toxunmur. Dövlət də elədir. Məsələn, Azərbaycan dövlətinin beynəlxalq arenada uğur qazanmasının səbəbi odur ki, başqasını qorxudacaq dövlət kimi ortaya çıxmadı. Qonşular üçün təhlükə olmadığını göstərdi. Ermənistan niyə bu vəziyyətdədir? Çünki hamını qorxutmağa çalışırdı, balaca bir ölkə torpaq iddiasına düşdü, qonşusunun ərazisini işğal etdi".
Parlament üzvü vurğulayıb ki, İran bölgədə heç kimi qorxutmağa cəhd etməməlidir:
"Öz sərhədləri daxilində mədəni formada, vətəndaşlarını normal yaşadan bir ölkə olmalıdır. Bizə də bu sərf edir. İranla bağlı torpaq iddiamız, problemimiz yoxdur. Sadəcə tələb edirik ki, soydaşlarımızın mədəni hüquqları təmin olunsun, məktəblərini açsınlar, öz ana dillərində təhsil alsınlar. Onsuz da dövlətin bütün sütunlarında azərbaycanlılar var. Əslində, İran rejimini də qoruyanların əksəriyyəti azərbaycanlılardır. İran da əvvəl-axır mədəniləşməlidir. Yenə deyirəm, ABŞ-nin İrana təhlükəsi həm də bizədir. Suriyada olan müharibənin ən çox ziyanı Türkiyəyə dəydi. Türkiyə 5-6 milyon qaçqını öz ərazisində yerləşdirmək məcburiyyətində qaldı. Hələ də o prosesin ağrısını çəkməkdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda
22:12 05.10.2026
Gündəm
Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşüb
21:56 05.10.2026
Rəsmi
Tovuzda ata oğlunu bıçaqladı
21:38 05.10.2026
Hadisə
Mirzoyan Pezeşkiana TRİPP layihəsini təqdim etdi
21:01 05.10.2026
Gündəm
Qafqazda sülh bu cür təmin edilməlidir - Qalibaf
20:51 05.10.2026
Cənubi Qafqaz
Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib
20:19 05.10.2026
Dünya
Arda Gülər Türk futbolu tarixinə düşdü - Real Madriddən yeni qərar
20:10 05.10.2026
Futbol
XİN: İtaliya Ermənistanla sülh prosesinə dəstəyini davam etdirir
20:03 05.10.2026
Siyasət
Bir neçə dərmanı eyni vaxtda qəbul etsəniz nə baş verə bilər?
19:51 05.10.2026
Sağlamlıq
Avropa Parlamentində Gürcüstanla bağlı debat keçiriləcək
19:36 05.10.2026
Gündəm
MN-in sabiq vəzifəli şəxsləri barədə hökm qüvvədə saxlanılıb
19:10 05.10.2026
Hadisə
Corablar ayaqlarınızda iz buraxırsa, bu əlamətlərə diqqət edin!
18:59 05.10.2026
Sağlamlıq
ABŞ və Çini supergüc edən əsas səbəb açıqlandı - “Cavab sadədir”
18:52 05.10.2026
Dünya