İordaniya İranın İsrailə göndərdiyi raket və PUA-ları vurmağa başladı
Yusif Nəzərli
07:16 13.06.2025
Region
403
İordaniyanın paytaxtı Əmmanda İranın pilotsuz təyyarəsinin İsrailə hücumu zamanı həyəcan siqnalları səslənir.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
İordaniyanın dövlət mediası ölkənin hava məkanına daxil olan bir neçə raket və dronların məhv edildiyini bildirib.
“İordaniyanın hava hücumundan müdafiə sistemləri krallığın hava məkanına daxil olan bir neçə raket və PUA-nı vurub”, - “Petra” agentliyi qeyd edib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.
İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya