Sahibə Qafarova Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşdü
10:57 20.06.2025
Gündəm
304
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 20-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Sektoral iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə spiker bildirib ki, dostluq və qardaşlıq ənənələrinə söykənən əlaqələrimiz bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərimizin inkişafında ali və yüksək səviyyəli səfərlər mühüm rol oynayır.
Söhbət zamanı Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti, o cümlədən ərazi bütövlüyü və suverenlik məsələlərində daim bir-birini dəstəkləməsi, həmrəylik nümayiş etdirməsi məmnunluqla vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz regionda həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələrində uğurla əməkdaşlıq edirlər.
İki ölkənin parlamentlərarası münasibətlərindən danışan spiker Sahibə Qafarova deyib ki, qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Hər iki ölkənin parlamentində dostluq qrupları uğurla fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında bir-birinə dəstək verirlər.
Görüşdə ali qanunvericilik orqanlarının komitələri arasında münasibətlərin inkişafının əhəmiyyəti qeyd olunub. İkitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin uğurlu üçtərəfli əməkdaşlıq formatının önəmindən danışılıb.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış vəziyyət barədə danışan spiker Sahibə Qafarova Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişi barədə məlumat verib.
Səmimi görüş üçün təşəkkürünü bildirən Gürcüstan parlamentinin Sektoral iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili Azərbaycana səfəri barədə təəssüratlarını bölüşüb, ölkələrimiz arasında tarixi köklərə əsaslanan və bu gün strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin əhəmiyyətindən danışıb.
Qonaq bildirib ki, ölkələrimiz arasında münasibətlərin inkişafı regionda təhlükəsizliyi, sabitliyi təmin etməklə yanaşı, həm də xalqlarımızın rifahına xidmət edir.
Şota Berekaşvili parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin, komitələr arasındakı işbirliyinin daha da artırılmasının, dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin zəruriliyini qeyd edib, parlamentlərimiz arasında əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşüb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya